Azərbaycan Respublikası Su  Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi  öz üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək üçün iş yeri, peşə, ərazi, sahələr üzrə yaradılmış həmkarlar ittifaqı təşkilatlarının  ümumölkə birliyidir.

Respublika Komitəsinin  fəaliyyətində könüllülük, üzvlərin bərabərliyi, şəffaflıq əsas prinsiplərdir.

Respublika Komitəsi öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən, müstəqil, qeyri-kommersiya və qeyri-siyasi təşkilatdır.

Təşkilat  öz fəaliyyətini Azərbaycan Respublikası Konstitusiyasına və digər qanunvericilik aktlarına, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə, bu Nizamnaməyə, həmkarlar ittifaqının bağladığı müqavilələrə əsasən həyata keçirir.

Azərbaycan Respublikası Su  Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi  həmkarlar ittifaqı hərəkatının tərkib hissəsi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür, onun Nizamnaməsini tanıyır. Təşkilat  öz

fəaliyyətində dövlət və təsərrüfat orqanlarından, sahibkarlar və onların birliklərindən, ictimai və siyasi təşkilatlardan asılı deyil, onlara hesabat vermir və onlar tərəfindən nəzarət olunmur.

Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi 88  təşkilatda 12134  nəfər  ittifaq üzvünü özündə birləşdirir.

Azərbaycan Respublikası Su  Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin  hüquqi ünvanı: Bakı şəhəri, Moskva prospekti 67.

Respublika Komitəsi 15 mart  2006-cı il tarixində  1253 nömrə ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır.

 

Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar  İttifaqı Respublika Komitəsi  EPSUİctimai Birliklərin Avropa Federasiyası) və PSİ (Beynəlxalq İctimai Xidmətlər Federasiyasının) rəsmi üzvüdür.

  • president.az
  • heydar-aliyev-foundation
  • meclis
  • cabmin
  • ses
  • azersu
  • virtualkarabakh
  • MOT 100
  • International Journal of Humanities and Social Development Research  (IJHSDR)