İlk səhifə » Hüquqi baza » AHIK-in normativ-metodiki sənədləri, tövsiyələri » Azərbaycanda İKT-nin inkişafı və bu prosesdə həmkarlar ittifaqlarının iştirakı barədə AHİK-in İcraiyyə Komitəsinin qərarı

Azərbaycanda İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) inkişafı və bu prosesdə həmkarlar ittifaqlarının iştirakı barədə

AHİK-in İcraiyyə Komitəsi qərara alır:

1. AHİK-in zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat şöbəsinin təqdim etdiyi «Azərbaycanda İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) inkişafı və bu prosesdə həmkarlar ittifaqlarının iştirakı barədə» arayış nəzərə alınsın (əlavə olunur).2. AHİK-in üzv və tabeliyində olan təşkilatlara tövsiyə olunsun ki, informasiya sahəsində yeni avadanlıq, kadr və texnologiyaların tətbiqində və geniş istifadə edilməsində səylərini artırsınlar, İKT üzrə Milli Strategiyanın və AHİK-in informasiya siyasəti Konsepsiyasının həyata keçirilməsində fəallıq göstərsinlər.

29 oktyabr 2007-ci il