İcraiyyə Komitəsi məclislərarası müddətdə Azərbaycan Su Təsərrüfatı İşçiləri HİRK –nin cari məsələlərini həll etmək üçün Məclisdə seçilir. İcraiyyə Komitəsi Respublika Komitəsinin Məclisinə hesabat verir və onun qarşısında məsuliyyət daşıyır.
İcraiyyə Komitəsinin tərkibinə Respublika Komitəsinin sədri, onun müavinləri və Məclis tərəfindən seçilmiş digər üzvlər daxildir. Say tərkibi də Məclis tərəfindən müəyyən edilir. İcraiyyə Komitəsi üzvlərinin üçdə ikisinin iştirak etdiyi iclaslar səlahiyyətlidir.
Respublika Komitəsinin İcraiyyə Komitəsi iclasları rübdə bir dəfədən az olmayaraq keçirilir və üzvlərinin üçdə ikisindən az olmayaraq iştirak edirsə qərar qəbul etməyə səlahiyyətlidir. İcraiyyə Komitəsinin tərkibinə seçilməyən Respublika Komitəsinin üzvləri onun iclaslarında məşvərətçi səs hüququ ilə iştirak edə bilərlər. İcraiyyə Komitəsinin qərarları səsvermədə iştirak edən üzvlərin səs çoxluğu ilə qəbul edilir.
Məclislərarası müddətdə Respublika Komitəsinin sədri və müavinləri İcraiyyə Komitəsinə hesabat verir və onun qarşısında məsuliyyət daşıyır.