İlk səhifə » Sosial əmək hüquqları » Minimum ayliq əməkhaqqının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında əhalinin maddi rifahını daha da yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:


1. Minimum aylıq əməkhaqqının məbləği 2011-ci il dekabrın 1-dən 10 faiz artırılaraq 93,5 manat müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 31 avqust tarixli 1078 nömrəli Sərəncamı (3-cü hissə istisna olmaqla) ləğv edilsin.



İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti  

Bakı şəhəri, 1 dekabr 2011-ci il
№ 1866

 

 

Azərbaycan Respublikasında əhalinin maddi güzəranını yaxşılaşdırmaq və sosial müdafiəsini daha da gücləndirmək məqsədi ilə qərara alıram: 


1. Minimum aylıq əməkhaqqının məbləği 2010-cu il sentyabrın 1-dən 85 manat müəyyən edilsin. 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. 

3. “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 3005 nömrəli Sərəncamı (3-cü bənd istisna olmaqla) qüvvədən düşmüş hesab edilsin.



İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 31 avqust 2010-cu il.