İlk səhifə » MÜSABİQƏ

 

AZƏRBAYCAN  SU TƏSƏRRÜFATI  İŞÇİLƏRİ  HƏMKARLAR  İTTİFAQI

RESPUBLİKA KOMİTƏSİ

 

 

Azərbaycanda həyata keçirilən gənclər siyasəti -dövlət siyasətinin mühüm tərkib hissəsi və  uğurlu bir modelidir ”  mövzusu istiqamətində

  

           M Ü S A B İ Q Ə 

              elan  edir.

 

 Dövlət gənclər siyasəti – gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektli reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına və dövlətin gənclər siyasətinə dəstək məqsədilə, Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi 3 (üç) istiqamətdə müsabiqə elan edir.

Müsabiqəni təşkil etməkdə əsas məqsədimiz, gənclərin intellektual və mənəvi inkişafının təmin edilməsinə, sağlam həyat tərzinin təbliğinə, vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına, motivasiyasına kömək etməkdir.

Müsabiqədə iştirak etmək istəyənlər aşağıda göstərilmiş  mövzulara və tələblərə uyğun olaraq vəsaitləri hazırlamalıdırlar:

  1. Su -  İnsan haqqıdır!,
  2. Sənin sağlığın-sənin varlığındır!,
  3. Həmkarlar İttifaqı və gənclər,
  4. Gənclər bugünün sabahı və gələcəyi,
  5. Müasir Azərbaycan gənci,
  6. Gənclər, təhlükəsizlik və sülh,
  7. Gənclər və ətraf mühit,
  8.  Xüsusi qayğıya ehtiyacı olan gənclərin dəstəklənməsi,
  9.  Gənclər arasında İnformasiya texnologiyalarından düzgün faydalanmanın təbliği,

10. “İnnovativ Gənclər”  ( fərqli və maraqlı mövzularda),

  1. 11.  Müasir elmi gənclik,

12. “Elektron hökumət və gənclər”.

  1. Müsabiqənin birinci istiqaməti üzrə təqdim olunan mövzulara uyğun “POSTER MÜSABİQƏSİ” elan edilir.


Müsabiqə üçün təqdim ediləcək posterlər arasından 5 ən yaxşı poster seçiləcək və hər qalibə 200 AZN  mükafat veriləcək.

Posterlərin orijinal ölçüsü A1 formatda olmalıdır. Təqdim edilən elektron posterə maksimum 400 sözdən ibarət olan və posteri təsvir edən mətn (azərbaycan, ingilis, rus dillərində ) əlavə oluna bilər. Posterin üzərində heç bir dövlət, ictimai və özəl təşkilatın loqosu olmamalıdır. Posterin yuxarı sol küncündə Təşkilat Komitəsi  tərəfindən yerləşdiriləcək müvafiq loqo üçün 9 x 9 sm ölçüdə boş yer saxlanılmalıdır.

 

2. Müsabiqənin ikinci istiqaməti üzrə təqdim olunan mövzulara uyğun “FOTO VƏ VIDEO süjet”  müsabiqəsi elan edilir.

  Video 1 -5 dəqiqəlik olmalıdır. Müsabiqə üçün təqdim ediləcək materiallar arasından  4 ən yaxşı  foto-video süjet seçiləcək və hər qalibə  200 AZN  mükafat veriləcək.

 

3. Müsabiqənin üçüncü istiqaməti üzrə "Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Gənclər Şurası üçün  “Ən yaxşı loqo"   dizayn yarışmasına start verilir.

Müsabiqə üçün təqdim ediləcək loqolar  arasından  1  ən yaxşı loqo seçiləcək və  qalibə  200 AZN  mükafat veriləcək.


- Dizayn yarışmasında  gənclər də daxil olmaqla, hər kəs iştirak edə bilər;
- Dizaynlarda modern stil hiss olunmalıdır;
- Dizaynlar  *jpeg, *png, *cdr,*rgb, *tiff ve s. qrafik proqram  formatlarında  qəbul  olunur;

Müsabiqənin tələbləri:

  • Müsabiqədə 18 yaşından 35 yaşına qədər hər kəs iştirak edə bilər.
  • Hazırlanan materiallar müsabiqəyə təqdim olunana qədər heç bir KİV-də nümayiş olunmamalıdır.
  • Qaliblər Münsiflər heyəti (Münsiflər heyəti – xüsusi meyarlarla seçilmiş, xarici ölkələrdə dövlət dəstəyi ilə müxtəlif mövzularda həyata keçirilən gənclər siyasətinə aid layihələrin rəhbərləri və  müsabiqə istiqamətləri üzrə  təcrübəli elmi mütəxəssislərdən ibarətdir) tərəfindən seçiləcək.
  • Müsabiqə üçün hazırlanmış materiallar bu ünvana göndərilməlidir– xeyale.mammadova@azersu.az ,  gunay.hasanli@azersu.az

 

Qaliblər “2 fevral,  2016 – cı il  “Gənclər Günü” münasibətilə  təşkil olunacaq təntənəli mərasimdə Təşkilat Komitəsi  tərəfindən  elan ediləcək, diplom və dəyərli hədiyyələr ilə mükafatlandırılacaqdır.

 

Müsabiqə materiallarının təqdim edilməsi üçün son tarix:  24 yanvar  2016–cı il.  

Əlaqə telefonları:  (012) 431 47 67 (3430, 2272, 2273)